İranın ABŞ-dən tələbi - 20 milyard dollar və...

İranın ABŞ-dən tələbi - 20 milyard dollar və... Dünya

İran ABŞ ilə aparılan danışıqlar çərçivəsində xaricdə dondurulmuş aktivlərinin sərbəst buraxılmasını və sanksiya rejiminin yumşaldılmasını tələb edib.

News24.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət təxminən 20 milyard dollar həcmində bloklanmış vəsaitə çıxış imkanından gedir.

İqtisadi təzyiqlərin azaldılması Tehran üçün danışıqları davam etdirməyin əsas şərtlərindən biri kimi qiymətləndirilir.

Hazırda Vaşinqton və Tehran vasitəçilər üzərindən ortaq razılaşma nöqtələri axtarır. Lakin bu böyük məbləğin qaytarılması məsələsi danışıqlarda əsas müzakirə mövzusu olaraq qalır.