"Real"-ın məşhur futbolçuları - HƏBS EDİLDİ-VİDEO

"Real"-ın məşhur futbolçuları - HƏBS EDİLDİ-VİDEO Dünya

Real Madrid klubunun üç oyunçusu nəzarətə götürülüb.

News24.az xəbər verir ki, bu barədə "El Confidencial" məlumat yayıb.

Onlar əxlaqsız video çəkib paylaşmaqda ittiham edilib.

Oyunçulardan birinin videonu lentə alaraq öz “WhatsApp” qruplarında paylaşdığı bildirilib. “Real Madrid” rəhbərliyi rəsmi saytı vasitəsilə verdiyi açıqlamada bildirib ki, polis dördüncü futbolçunu ifadə verməyə çağırıb. Üç oyunçunun adı hələ açıqlanmayıb.

Mənbə bildirir ki, işdə əsas şəxs Real Madrid C-nin oyunçusudur , lakin bu işdə Madridin əsas komandasının oyunçularının iştirakını istisna etmək olmaz.

Ətraflı RTV-də:

Aydan