Rubio və Lavrov Ukrayna ilə bağlı yeni yanaşmanı müzakirə etdi

Rubio və Lavrov Ukrayna ilə bağlı yeni yanaşmanı müzakirə etdi Dünya

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Malayziyanın Kuala Lumpur şəhərində keçirilən ASEAN tədbirləri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukrayna münaqişəsinin həlli üçün yeni yanaşmanı müzakirə edib. Rubio bu təşəbbüsü ABŞ Prezidenti Donald Trampa təqdim edəcəyini deyib.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

O qeyd edib ki, bu yanaşma sülhə zəmanət verməsə də, fərqli və dəyərləndirməyə dəyər bir konsepsiyadır. Görüş zamanı tərəflər həmçinin iqtisadi və humanitar əməkdaşlığın bərpasını, diplomatik nümayəndəliklərin fəaliyyətini də müzakirə ediblər.

 ABŞ və Rusiya arasında təmasların davam etdiriləcəyi də bildirilib.


Xeyrənsə Piriyeva