Rumıniyada NATO təlimlərinin - vaxtı açıqlandı

Rumıniyada NATO təlimlərinin - vaxtı açıqlandı Dünya
Rumıniyada avqustun 14-də NATO döyüş qrupunun beynəlxalq təlimləri başlayacaq. 

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Avqustun 14-dən 18-dək davam edəcək “Deployex” təlimlərində Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.
Günəş Mərd