“Rusiya Avdeevkada 17 min hərbçisini itirib” - VİDEO

“Rusiya Avdeevkada 17 min hərbçisini itirib” - VİDEO Dünya

Donetskin Avdeevka şəhərinin işğalı Rusiyaya 17 min ölü daxil olmaqla, ümumilikdə 47 min nəfər itki hesabına başa gəlib.

RTV-nin xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrindəki mənbə bildirib. 

O da qeyd olunub ki, Kreml itkilərin çoxluğundan ictimaiyyətə real rəqəmləri açıqlamır. 

ABŞ Kəşfiyyatı isə ötən ilin sonunda yaydığı açıqlamada bu bölgədə Rusiyanın itkilərinin sayının 13 min nəfər olduğu haqqında hesabat yayıb. 

Qeyd edək ki, Ukrayna Ordusunun Baş Komandanlığı fevralın 17-də verdiyi açıqlamada qoşunların Avdeyevkadan geri çəkildiyini bəyan edib.