Rusiya benzin ixracına məhdudiyyəti - UZATDI
Dünya
Rusiya hökumətindən verilən yazılı açıqlamada daxili bazarda benzin tələbatında mövsümi artım olduğu bildirilib.
News24.az xəbər verir ki, açıqlamada bəzi neft emalı zavodlarında planlı təmir işlərinin aparıldığı və buna görə də daxili bazarda tarazlığın qorunması məqsədilə benzinin ixracına qoyulan məhdudiyyətlərin dekabrın 31-dək uzadıldığı bildirilib.
Bununla yanaşı, xarici hökumətlərlə edilən razılaşmalar çərçivəsində benzin ixracının məhdudiyyətlərdən azad olduğu vurğulanıb.
Qeyd edək ki, Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusən də kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzinin qiymətində artım olub.
Qiymət artımı ilə əlaqədar hökumət vaxtaşırı ixrac məhdudiyyətləri qoyur.
Məryəm İlhamqızı