"Rusiya bir sıra xalqların təhlükəsizliyinə zərbə vurdu"- - Zelenski

"Rusiya bir sıra xalqların təhlükəsizliyinə zərbə vurdu"- - Zelenski Dünya
"Bu gün Ukrayna limanlarının atəşə tutulması ruslar tərəfindən bir sıra xalqların təhlükəsizliyinə xüsusi zərbə oldu. Dünyada heç bir terrorçu belə cinayət törətməyib".

News24.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin axşam müraciətində deyib.

Dövlət başçısı xatırladıb ki, bu gün ruslar təkcə onların təhlükəsizliyini deyil, həm də dünyanın ərzaq təhlükəsizliyinin təminatında iştirak edən Ukraynanın liman infrastrukturuna zərbələr endiriblər:

"Rusiya taxıl müqaviləsindən çıxdıqdan sonra bir ay ərzində artıq yeddi kütləvi hücum həyata keçirib"./RBC-Ukrayna/

Leyla SƏMƏNDƏR