"Rusiya bunu məndən qurtulmaq üçün istəyir" – Zelenskidən gözlənilməz açıqlama
Dünya
Müharibə dövründə Ukraynada seçkilərin keçirilməsi təşəbbüsü məhz Rusiya tərəfindən irəli sürülüb.
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic” nəşrinə müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, Moskva bu addımı onu hakimiyyətdən uzaqlaşdırmağın ən asan və sürətli yolu hesab edir.
“Onlar qərara gəldilər ki, bu, məndən qurtulmağın ən sadə və ən tez yoludur. Buna görə də düşünürəm ki, müharibə zamanı seçkilərin keçirilməsi ideyası ilk növbədə Rusiyanın mövqeyidir”, – deyə Ukrayna lideri vurğulayıb.