Rusiya gəmi göndərdi, ABŞ şoka düşdü: - Ciddi mesajdır...

Rusiya gəmi göndərdi, ABŞ şoka düşdü: - Ciddi mesajdır... Dünya
Kubaya gələn Rusiya hərbi gəmisi CNN-in amerikalı müxbiri Patrik Oppmanı şoka salıb.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti yazır. 

“Bu, dünən Havanaya gələn və tam mərkəzdə, Havana limanında dayanan Rusiya hərbi gəmisidir. Bu, şübhəsiz ki, həm Kuba, həm də Amerika xalqına Rusiya-Kuba münasibətlərinin gücləndirilməsi ilə bağlı ciddi mesaj verir”, - nəşr yazır.

Jurnalist xüsusilə gəminin ABŞ sərhədinə yaxın, cəmi 90 mil məsafədə olmasından qəzəblənib. Eyni zamanda o vurğulayıb ki, bu vəziyyətdə Amerikanın da günahı var: ABŞ Kubaya qarşı çoxlu sanksiyalar tətbiq edib, Rusiya isə bu ölkəyə kömək etməkdə və iqtisadi əlaqələri gücləndirməkdə davam edir. Məsələn: bu ilin fevralında Rusiya Kubaya pulsuz olaraq 25 min ton buğda verib.

Jurnalist onu da bildirib ki, Rusiya adada yeni supermarketlər tikməyi planlaşdırır, orada rus mallarını satacaq, neft tədarükünü artıracaq və Havana yaxınlığındakı çimərliyi modernləşdirəcək.

Bu həftə Rusiya Hərbi Dəniz Qüvvələrinin “Perekop” təlim gəmisi göyərtəsində kursantlarla birlikdə uzun səfərdə olan Havana buxtasına gəlib. Dəniz universitetlərinin kursantlarını dəniz təcrübələri ilə təmin etmək üçün gəmi Karib hövzəsinin bir sıra ölkələrinə, eləcə də Cənubi Amerika və Afrikaya səfər edəcək. Sentyabrda əsas baza nöqtəsinə qayıtmaq planlaşdırılır.

Akqabay