Rusiya ilə sərhədi bir saata bağlaya bilərik - AÇIQLAMA

Rusiya ilə sərhədi bir saata bağlaya bilərik - AÇIQLAMA Dünya


Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsinin rəisi Eva Kalmus deyib.

"Estonlardan Rusiyaya getməmələrini xahiş edirik. Artıq Rusiyaya səfər edənlər çıxılmaz vəziyyətdə qala bilər və sonra geri qayıtmaq çox çətin olacaq.

Tallin müvafiq qərar qəbul edərsə, Estoniya və Rusiya sərhədindəki keçid məntəqələri bir saat ərzində bağlana bilər",- o bildirib.