Rusiya İstanbulda üçtərəfli danışıqlara - HAZIRDIR
Dünya
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə üçüncü danışıqlar raundunu keçirmək üçün İstanbula getməyə hazırdır.
Bu barədə News24.az TASS-a istinadən xəbər verir.
“Rusiya nümayəndə heyəti üçüncü raundun keçirilməsi üçün İstanbula getməyə hazırdır,” – deyə Zaxarova bildirib.
O əlavə edib ki, Ukrayna tərəfindən danışıqların davam etdirilməsinə dair hələlik heç bir siqnal daxil olmayıb.
“Ümid edirik ki, Kiyev də əldə olunan razılaşmalar ruhunda hərəkət edəcək və danışıqları davam etdirəcək,” – deyə Zaxarova qeyd edib.