Rusiya iki xarici gəmiyə zərbə endirdi
Dünya
Rusiya dronları Ukraynanın cənubundakı Çornomorsk limanı yaxınlığında xarici bayraq altında üzən iki gəmiyə zərbə endirib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, vurulan gəmilərdən biri İtaliya istiqamətində hərəkət edirmiş.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.