“Rusiya Qara dənizi müharibə zonasına çevirib” - Zelenski

“Rusiya Qara dənizi müharibə zonasına çevirib” - Zelenski Dünya

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya Qara dənizi müharibə, təcavüz və təhlükə zonasına çevirib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Zelenski sosial media hesabında verdiyi açıqlamada bu günün “Beynəlxalq Qara Dəniz Günü” olduğunu bildirib.

Qara dəniz təkcə qonşu ölkələr üçün deyil, həm də bütün Avropa, Yaxın Şərq və qlobal ərzaq təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir.

“Biz onun inkişaf sahəsi kimi rolunu bərpa etmək üçün səylərimizi birləşdirməliyik”-deyə, o fikilərini tamamlayıb.

Ülkər Abdurahmanlı