Rusiya Qəzzaya da sülhməramlı yerləşdirmək istəyir?
Dünya
Rusiya sülhməramlı kontingentinin Qəzza zolağına yeridilməsi qeyri-mümkündür, çünki hazırda regionda fəal hərbi əməliyyatlar gedir. İstənilən humanitar missiyalar üçün atəşkəs lazımdır.
News24.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Yuri Şvıtkin bildirib.
“Bizim tələbimiz BMT Təhlükəsizlik Şurasına təqdim etdiyimiz təklifimiz hərbi əməliyyatların dayandırılması və müxtəlif humanitar fəaliyyətlərin həyata keçirilməsidir. Bu, ilk növbədə lazımdır. Hər hansı sülhməramlı kontingentin daxil olmasından söhbət gedə bilməz”, - deyə siyasətçi vurğulayıb.
Qumral