Rusiya raketi yaşayış binasına - düşdü

Rusiya raketi yaşayış binasına - düşdü Dünya
Dneprdə bu gün hava hücumu zamanı Rusiya raketi yaşayış binasına düşüb.

News24.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə xalq deputatı Sergey Bakumova "Telegram" hesabında yazıb.

"Terror dövləti çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib", - deyə Bakumov qeyd edib.

Onun sözlərinə görə, artıq fövqəladə hallar xidməti hadisə yerində işləyir, insanların xilas edilməsi və nəticələrinin aradan qaldırılması üçün işlərə başlanılın.

Leyla SƏMƏNDƏR
Rusiya raketi yaşayış binasına - düşdü