Rusiya Ukraynaya kütləvi PUA hücumu etdi: Ölən və yaralananlar var

Rusiya Ukraynaya kütləvi PUA hücumu etdi: Ölən və yaralananlar var Dünya

Rusiya ordusunun Ukraynanın müxtəlif istiqamətlərinə təşkil etdiyi hava hücumları nəticəsində 5 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Rəsmi məlumata görə, işğalçı qüvvələr hücum zamanı "İtalmas", "Şahed" və "Gerbera" tipli ümumilikdə 286 zərbə PUA-sından istifadə edib. Ukrayna Hava Hücumundan Müdafiə bölmələri onlardan 260-nı zərərsizləşdirə bilib.

Hücumlar əsasən Sumı, Xarkov və Dnipropetrovsk vilayətlərini hədəf alıb.

Qeyd edək ki, hazırda vurulmuş ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. (TRT Haber)