Rusiyada bu şəxslərə maşın sürmək - qadağan edilir

Rusiyada bu şəxslərə maşın sürmək - qadağan edilir Dünya

Rusiyada avtomobil idarə olunmasına mane olan göstəricilərin siyahısı dəyişdirilir.

News24.az xəbər verir ki, TASS-ın məlumatına görə, yeni qaydalar sentyabrın 1-dən qüvvəyə minəcək.

Həmin tarixdən etibarən autizm spektr pozuntuları, Asperger sindromu, Rett sindromu, həmçinin daltonizmi olan şəxslərin sürücülük etməsinə icazə verilməyəcək.

Bundan başqa, əvvəlki kimi epilepsiya, şizofreniya və digər ağır xəstəliklərdən əziyyət çəkənlər də avtomobil idarə edə bilməyəcəklər.

Eyni zamanda, sürücülük vəsiqəsi almaq üçün dövlət rüsumu ikiqat artırılaraq 2000 rubldan 4000 rubla (təxminən 85 AZN) qaldırılacaq.