"Rusiyada daha çox partlayış olacaq"- - Podolyak

"Rusiyada daha çox partlayış olacaq"- - Podolyak Dünya
"Rusiyada partlayışlar daha tez-tez baş verəcək".

News24.az xəbər verir ki, bunu "Kanal 24"ə müsahibəsində prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun fikrincə, Rusiyada “naməlum dronlarla” insidentlər tez-tez baş verəcək.

"Aydındır ki, bu gün hava hücumundan müdafiə sistemləri hazırlanır, hər şey öyrənilir, kəşfiyyat aparılır. Və tədricən bu zərbələrin effektivliyi artacaq", - deyə Podolyak əlavə edib.

Eyni zamanda o vurğulayıb ki, Ukrayna Rusiya ərazisində döyüşmür.

Leyla SƏMƏNƏR