Rusiyada dənizin donmuş hissəsi qopub
Dünya
Rusiyada Oxot dənizində buz parçasının qopması nəticəsində balıqçlar köməksiz vəziyyətdə qalıb.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Oxot dənizinin Starodubskoye kəndi yaxınlığında 50 metr enində buz sahəsinin qopması baş verib. İlkin olaraq 80-dən çox balıqçı sahildən bir kilometr aralıda tapılıb. Həvəskar balıqçılar qayıqla xilas edilir. Əraziyə Mi-8 helikopteri cəlb edilib, 75 nəfər artıq sahilə çıxarılıb”, - deyə idarənin yaydığı məlumatda qeyd olunub.