Rusiyada helikopter qəzaya uğradı, heyət həlak oldu

Rusiyada helikopter qəzaya uğradı, heyət həlak oldu Dünya

Rusiyanın Amur vilayətində ötən gün itkin düşən helikopterin qalıqları tapılıb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə zamanı helikopterin göyərtəsində pilot da daxil olmaqla, 3 nəfər olub. Onların Rusiya İstintaq Komitəsi və polis əməkdaşları olduqları bildirilir. Ərazidə hər üç şəxsin meyiti tapılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.