Rusiyada hərbi hissədə partlayış, silah anbarı yandı- - VİDEO

Rusiyada hərbi hissədə partlayış, silah anbarı yandı- - VİDEO Dünya
Rusiyanın Stavropol vilayətinin Georgiyevski rayonunda hərbi hissənin ərazisindəki əşyalar anbarında yanğın baş verib.

RTV bu barədə İnterfaks Rusiya-ya istinadən xəbər verir.

"Dəqiqləşdirilmiş məlumatlara görə, təsərrüfat binasında heç bir iş görülməyib, elektrik yoxdur. Öz-özünə yanmağın mümkün səbəbi havanın yüksək temperaturudur ", - deyə bələdiyyə başçısı öz teleqram kanalında yazıb.

Xatırladaq ki, bu gün günortadan sonra 300 kvadratmetr sahəsi olan anbarda yanğın baş verib.Qeyd olunub ki, hava  məlumatına görə, şəhərdə havanın temperaturu günün bu vaxtı təxminən müsbət 38 dərəcəyə çatıb.
Bildirilir ki, artıq yanğın aradan qaldırılıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bəzi qeyri-rəsmi məlumatlara görə yanğını müharibə əleyhdarları törədib.

Mirzə Altay