Rusiyada hərbi xidmətin son yaş həddi artırıldı
Dünya
Rusiyanın Federasiya Şurası hərbi xidmətdə olmanın son yaş həddini 27-dən 30-a qədər artıran qanunu təsdiqləyib.
News24.az-ın “TASS”a istinadən xəbərinə görə, sənədin 2024-cü ilin yaz çağırışından etibarən qüvvəyə minməsi nəzərdə tutulub.
Qeyd edək ki, hərbi xidmət keçmənin son yaş həddinin artırılmasını 2022-ci ilin sonunda müdafiə naziri Sergey Şoyqu təklif edib.
Nazirin təklifində həqiqi hərbi xidmət keçmənin aşağı və yuxarı həddi müvafiq olaraq 21-30 yaş arası nəzərdə tutulsa da, sonradan ona düzəliş edilib.