Rusiyada hərbi zavodda partlayış: ölü sayı artır- - FOTOLAR
Dünya
Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunda baş verən partlayışda ölənlərin sayı 11 nəfər oldu. 130 nəfər isə yaralanıb.
News24. az Lenta.ru-ya istinadən xəbər verir ki, yaralanan 29 nəfərdən 16-sı Moskvada, 13-ü Ryazanda xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, Fövqəladə Hallar Nazirliyinin və Rusiya Milli Qvardiyasının əməkdaşları daha üç nəfəri dağıntılar altından çıxarıblar.