Rusiyada kişi kilsə ziyarətçilərinə bıçaqla hücum etdi
Dünya
Rusiyanın Çelyabinsk şəhərində 25 yaşlı yerli sakin kilsədə bıçaqla insanlara hücum edib.
News24.az xəbər verir ki, kişinin bıçağa əl atmasına səbəb ona edilən xəbərdarlıq olub.
Qeyd olunub ki, kilsədə olan qadınlar kişiyə xəbərdarlıq ediblər, o isə bıçağı çıxararaq hücum edib.
Nəticədə iki qadın xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.
Polis kişinin şəxsiyyətini yoxlayarkən məlum olub ki, o, psixonevroloji dispanserdə qeydiyyatdadır. Həmin şəxsə qarşı xuliqanlıq niyyəti ilə iki şəxsi öldürməyə cəhd üzrə cinayət işi açılıb.