Bu ölkədə “WhatsApp” bloklana bilər
Dünya
“WhatsApp” Rusiyada bloklana bilər.
News24.az xəbər verir ki, bu barədə Dumanın informasiya siyasəti komitəsi rəhbərinin birinci müavini Anton Qorelkin “Arqument və fakt" saytına açıqlaması zamanı bildirib.
“Əgər “Meta” şirkətinin məhsulu informasiyanın kütləvi yayılması istiqamətində öz funksionallığını genişləndirməyə başlayarsa, o zaman onun Rusiya Federasiyası ərazisindəki fəaliyyəti ilə bağlı rəsmi mövqeyə yenidən baxıla bilər”, - deyə deputat bildirib.
Qeyd edək ki, dünən "WhatsApp" 150-dən çox ölkədə istifadəçilər üçün kanallar açıb. Şirkət qeyd edib ki, bir çox təşkilatlar, idman komandaları, sənət adamları və məşhurlar artıq öz kanallarını yarada bilərlər. Bu funksiya hələ hər kəs üçün əlçatan olmasa da, zamanla hər kəs üçün açıq olacaq. Şirkət əlavə edib ki, onların məqsədi yüksək məxfilik səviyyəsinə malik xəbər bülletenləri yaratmağa imkan verəcək servisi inkişaf etdirməkdir.
Qumral