Rusiyadan Lvova hücum: 13 nəfər yaralandı

Rusiyadan Lvova hücum: 13 nəfər yaralandı Dünya

Rusiya Ukraynanın Lvov şəhərinə dronlarla hücum edib. Zərbə yaşayış binasına tuş gəlib.

News24.az xəbər verir ki, şəhər meri Andrey Sadovıyın məlumatına görə, hadisə zamanı 13 nəfər xəsarət alıb.

Həmçinin, zərbə nəticəsində UNESCO-nun şəhər mərkəzindəki Dünya İrsi abidəsinə ziyan dəyib.