Rusiyalı Federasiya Prezidenti Ermənistanda saxlanıldı

Rusiyalı Federasiya Prezidenti Ermənistanda saxlanıldı Dünya

Ermənistanda İrkutsk vilayətinin Boks Federasiyasının Prezidenti Sergey Silko saxlanılıb.

Globalinfo.az-ın məlumatına görə, əməliyyat Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib və prosesin görüntüləri artıq bir sıra teleqram kanallarında və sosial şəbəkələrdə yayılıb.

“TK Gorod” xəbər agentliyinin məlumatında qeyd olunur ki, Silko Rusiyanın tələbi əsasında saxlanılıb. O, əvvəllər beynəlxalq axtarışda olub və bu səbəbdən Ermənistan hüquq-mühafizə orqanları tərəfindən tutulub.