Rusiyanın təhsil naziri qəzaya düşdü - FOTO
Dünya
Rusiyanın təhsil naziri Sergey Kravtsov Moskvanın mərkəzində qəzaya düşüb.
News24.az xəbər verir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Onun məlumatına görə, günorta saatlarında Kravtsovun olduğu "Arus" markalı avtomobil Leninski prospekti ilə Stasovaya küçəsinin kəsişməsində yük maşını ilə toqquşub.
Qəzadan sonra dövlət maşınının nömrələri çıxarılıb, məmur özü isə başqa avtomobilə keçirilib. Kravtsovun xəsarət almadığı qeyd edilir.