Rusiyaya məxsus təyyarə qəzaya düşdü - 29 ölü

Rusiyaya məxsus təyyarə qəzaya düşdü - 29 ölü Dünya

Rusiyaya məxsus An-26 hərbi-nəqliyyat təyyarəsi Krım üzərində uçuş zamanı qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə qayaya çırpılıb. Nəticədə 6 ekipaj üzvü və 23 sərnişin həlak olub.

Nazirlik qəzanın ilkin səbəbinin texniki nasazlıq olduğunu açıqlayıb.