Rusiyaya qarşı sanksiyaların Almaniyaya - TƏSİRİ NECƏ OLDU?
Dünya
Almaniya Xarici İşlər Nazirliyinin parlament dövlət katibi Tomas Bagger bildirib ki, anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatına ciddi təsir göstərməyib.
News24.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
O, həmçinin vurğulayıb ki, Avropa sənayesinin Rusiya Federasiyasından idxaldan asılı olduğu bir sıra malların qiymətləri stabilləşib.
“Hökumətin sanksiyaları və ya Rusiyanın cavab tədbirləri nəticəsində Avropa şirkətlərinin tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı heç bir sübutu yoxdur”, - deyə dövlət katibi bildirib.
Qeyd edək ki, son 2,5 ildə Almaniya ilə Rusiya arasında ticarət əhəmiyyətli dərəcədə azalıb. Belə ki, yanvar-may aylarında Almaniyadan Rusiya Federasiyasına ixrac 2021-ci ilin analoji dövrünün göstəricisindən 70% az olub. Rusiya mallarının Almaniyaya idxalı bu dövr ərzində 94% azalıb.
Məryəm İlhamqızı