"Rusların Gürcüstana axınını dayandırmalıyıq" - Saakaşvili
Dünya
“Biz təcili olaraq rusların Gürcüstana axınını dayandırmalıyıq”.
News24.az “Exo Kavkaza”ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxmayacağı ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
O, hesab edir ki, bu bəyanat Gürcüstanın hərbi işğalı üçün birbaşa təhlükədir.
“Biz çoxlu sayda hava hücumundan müdafiə sistemlərinin və tank əleyhinə sistemlərin təhvil verilməsini tələb etməliyik. Biz ölkədəki bütün əsas qruplarla ortaq dil tapa bilməliyik, nifrət alətindən əl çəkməliyik, çünki kəskin daxili qarşıdurma təcavüzkarın problemini xeyli asanlaşdırır”, - deyə siyasətçi bildirib.
Saakaşvilinin sözlərinə görə, Rusiyaya qarşı “loyal siyasət” yeni “təcavüz”dən qaça bilməz.
“Kimsə ruslara göz dikməklə və onların tapşırıqlarını sakitcə yerinə yetirməklə birbaşa müdaxilədən qaçacağımızı düşünməsi əbəsdir. Ruslara simvollar lazımdır və belə bir simvol onun (rusun) 2008-ci ildə əldə edə bilmədiyi şey idi: Rusiya bayrağı və Tbilisinin mərkəzində rus əsgərinin çəkmələri”.
Qeyd edək ki, bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatında: “Avropa İttifaqı Rusiyanı heç bir şəkildə cilovlamaq, onu Mərkəzi Asiya və Transqafqazdan sıxışdırıb çıxarmaq niyyətini gizlətmir. Bu işləməyəcək. Biz tarixən buradayıq və heç bir yerdə itməyəcəyik. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”, - deyə vurğulayıb.
Ayşən