Saakaşvilinin növbəti məhkəməsi keçirilir
Dünya
Tbilisi Şəhər Məhkəməsində qrup halında külli miqdarda büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq prezident Mixeil Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az xəbər verir ki, Mixeil Saakaşvili və Teymuraz Canaşia məhkəmə iclasına disdant qaydada qoşulublar.
Bugünkü iclas müdafiə tərəfinin dəlillərinin araşdırılması ilə davam edəcək. Vəkil Beka Basilaya prosesdən əvvəl bildirib ki, onlar Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Temur Mğebrişvilini şahid qismində məhkəməyə çağırıblar.
Məlumat üçün bildirək ki, Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə vəsaitini - 9 milyon larini mənimsəməkdə ittiham edir.
Aynurə