Sahildə təhlükə – məşhur çimərliklər bağlandı
Dünya
Tenerife sahillərində zəhərli dəniz canlıları aşkar edilib.
News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bu canlılar uzun sancaqları ilə insana güclü yanığabənzər xəsarət yetirə bilir.
Rəsmilər bir sıra məşhur çimərlikləri müvəqqəti bağlayıb və turistləri təhlükə barədə xəbərdar edib.
Artıq bir nəfərin canlı ilə təmasdan zərər gördüyü və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata görə, canlıların sahildən uzaqlaşmaları gözlənilir. Yalnız bundan sonra çimərliklər yenidən açılacaq.