Sarkisyana növbəti zərbə: 800 min dollar dövlətə qaytarılır

Sarkisyana növbəti zərbə: 800 min dollar dövlətə qaytarılır Dünya

Ermənistanda sabiq prezident Serj Sarkisyanla bağlı daha bir sövdələşmə etibarsız sayılıb.

News24.az erməni KİV-nə istinadən xəbər verir ki, qərara əsasən dövlətin xeyrinə təxminən 800 min dollar müsadirə ediləcək.

Ermənistanın Antikorrupsiya Məhkəməsi İrəvan şəhərinin Malatia-Sebastiya rayonunda, Admiral İsakov prospektində yerləşən 1,4514 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsini etibarsız hesab edib.

Məlumata görə, həmin müqavilə 17 dekabr 2005-ci ildə Serj Sarkisyan ilə fiziki şəxs arasında imzalanıb.

Qərara əsasən, torpaq sahəsinin 800 min dollar dəyərində olan məbləği fiziki şəxsdən Ermənistan Respublikasının xeyrinə müsadirə ediləcək.

Bundan əvvəl də bildirilib ki, Ermənistanda Serj Sarkisyanla 2006-cı ildə torpaq sahəsinin alınması ilə bağlı müqavilə bağlamış qapalı səhmdar cəmiyyətindən dövlətin xeyrinə təxminən 205 min dollar müsadirə olunacaq.