“Əsas məsələ budur...” – Zelenski Rusiyanı dayandırmağın yolunu açıqladı
Dünya
Rusiya Prezidenti Vladimir Putin artıq Üçüncü Dünya müharibəsini başladıb.
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”yə müsahibəsində bildirib.
“Burada əsas məsələ onun nə qədər ərazi ələ keçirə biləcəyi və onu necə dayandırmağın mümkün olmasıdır”, – deyə Zelenski vurğulayıb.
Prezident digər açıqlamalarında da bir sıra mühüm məqamlara da toxunub.
O qeyd edib ki, 1991-ci il sərhədlərinə qayıdış hazırda mümkün deyil, çünki Ukraynanın kifayət qədər insan resursu və silahı yoxdur:
“HHM ən mürəkkəb problemdir. Təəssüf ki, tərəfdaşlarımız hələ də bizə öz sistemlərimizi istehsal etmək üçün lisenziyalar vermirlər. Məsələn, “Patriot” sistemləri və ya artıq mövcud olan sistemlər üçün raketlərin istehsalına icazə yoxdur”.
Zelenski bildirib ki, Donbasdan geri çəkilmək xəyanət olardı və Ukrayna cəmiyyətində parçalanmaya səbəb ola bilər. Onun sözlərinə görə, Putin bununla kifayətlənməyəcək:
“Bu, yəqin ki, onu müəyyən müddət qane edərdi... ona fasilə lazımdır... Mənim fikrimcə, o, maksimum bir neçə ilə yenidən qüvvəsini toplaya bilər”.
Ukrayna lideri seçkilərin keçirilməsinin mümkün olduğunu, lakin əvvəlcə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, o, yenidən namizəd olub-olmayacağına hələ qərar vermədiyini bildirib.