"Səkkiz il Ermənistan Rusiyanın təsiri altında olan dövlət kimi tanınırdı"

"Səkkiz il Ermənistan Rusiyanın təsiri altında olan dövlət kimi tanınırdı" Dünya

Ermənistanın beynəlxalq imici bir neçə il əvvəl indiki ilə müqayisədə xeyli fərqli idi.

News24.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyinin plenar iclası zamanı deyib.

Onun sözlərinə görə, təxminən səkkiz il əvvəl bir çox ölkə Ermənistanı tam şəkildə Rusiyanın təsiri altında olan dövlət kimi qiymətləndirirdi.

Makron əlavə edib ki, sonradan baş verən siyasi dəyişikliklər, o cümlədən “məxməri inqilab”, ölkənin xarici siyasətinin yenidən istiqamətlənməsinə və daha müstəqil siyasi kursun formalaşmasına gətirib çıxarıb. /Hraparak/