SEPAH: ABŞ-yə məxsus gəmi və tankerlərə zərbələr endirildi
Dünya
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən 3 neft tankerinə və ABŞ-yə məxsus 3 gəmiyə hücum edildiyini açıqlayıb.
News24.az-ın xəbərinə görə, İran dövlət televiziyasının yaydığı SEPAH bəyanatında bildirilir ki, hücumlar ABŞ-nin İran tankerlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
SEPAH-ın məlumatına görə, zərbələr Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən neftdaşıyanlara və ABŞ-yə məxsus gəmilərə qarşı endirilib.