SEPAH Hörmüz boğazında gəmiyə hücum etdi

SEPAH Hörmüz boğazında gəmiyə hücum etdi Dünya

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı Hörmüz boğazında Oman sahillərindən təxminən, 15 dəniz mili məsafədə konteyner gəmisinə hücum edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hərbi gəmi heç bir xəbərdarlıq etmədən konteyner gəmisinə yaxınlaşıb və atəş açıb.

Hücum nəticəsində gəminin körpüsünə ciddi ziyan dəyib. Kapitan hadisə zamanı gəminin bir hissəsinin ağır zədələndiyini bildirib.

Bununla yanaşı, heyət üzvlərinin hamısının təhlükəsizlikdə olduğu qeyd olunub. /İran İnternational/