SEPAH-ın daha bir rəhbəri öldürüldü
Dünya
İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın “Qüds qüvvələri”nin Livan korpusunun mühəndislik şöbəsinin rəhbəri Mehdi Vafai zərərsizləşdirilib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
O, son 20 il ərzində Livan və Suriyada yeraltı layihələrə rəhbərlik edib, “Hizbullah” və Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimi üçün yeraltı obyektlərin qurulmasını koordinasiya edib.
Bundan əlavə, o, Livanda silahların saxlanılması üçün istifadə olunan onlarla obyektə rəhbəri olub.