SEPAH Trampı "vəzifəsindən azad etdi"
Dünya
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi İbrahim Zülfüqari ABŞ prezidenti Donald Trampa müraciət edərək onun “işdən çıxarıldığını” bildirib.
News24.az xəbər verir ki, onun açıqlaması İranın Tasnim agentliyi tərəfindən yayımlanıb.
“Ey Tramp, sən işdən çıxarıldın! Bu ifadə sənə tanışdır. Bu məsələyə diqqət göstərdiyin üçün təşəkkür edirəm”, — deyə Zülfüqari bildirib.
Qeyd olunub ki, o, bu müraciəti ingilis dilində səsləndirib.
Qeyd edək ki, “Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm” ifadəsi Trampın “Truth Social” sosial şəbəkəsində tez-tez istifadə etdiyi məşhur ifadələrdən biridir.
Xatırladaq ki, martın 21-də Tramp bəyan edib ki, əgər Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın bir sıra elektrik stansiyalarını məhv edəcək.