Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri ÖLDÜ
Dünya
Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri Kristof Deluar 54 yaşında Parisdə vəfat edib.
News24.az Lent.az-a istinadən xəbər verir ki, Deluar Fransa televiziyası, “Le Point” jurnalı üçün işləyib və jurnalistlər üçün təlim mərkəzinə rəhbərlik edib.
O, 2012-ci ildən Sərhədsiz Reportyorlar Təşkilatına rəhbərlik edirdi. Deluarın ölüm səbəbinin xərçəng xəstəliyi olduğu bildirilir.