Sərnişinlər arasında əlbəyaxa dava - təyyarə təcili geri qayıtdı

Sərnişinlər arasında əlbəyaxa dava - təyyarə təcili geri qayıtdı Dünya

İspaniyadan İngiltərəyə uçan təyyarəsi göyərtədə sərnişinlər arasında yaranan davaya görə geri qayıdıb.

News24.az xəbər verir ki, təxminən 10 sərnişinin iştirak etdiyi insidentdən sonra kapitan təhlükəsizlik məqsədilə təyyarəni Tenerife Cənub Hava Limanına endirib.

Dalaşan sərnişinlər polis tərəfindən təyyarədən çıxarıldıqdan sonra təyyarə Liverpul istiqamətində uçuşunu davam etdirib. Aviaşirkət bildirib ki, sərnişin və ekipajın təhlükəsizliyi əsas prioritetdir.