Sərxoş marallar təhlükə yaratdı - Video

Sərxoş marallar təhlükə yaratdı - Video Dünya

Fransanın şərqində sərxoş marallar sürücülərə təhlükə yaradıb.

News24.az xəbər verir ki, Fransa polisi hadisə ilə bağlı açıqlama verib.

Məlumata görə, polis sakinləri qıcqırmış meyvələri yeyib sərxoş kimi davranan qeyri-adekvat marallar barədə xəbərdar edib.

Qeyd olunub ki, heyvanlar yollara çıxaraq avtomobillərin qarşısına atılır və tarlalarda "rəqs" edir. /Shot/