Sevgilisi ilə birlikdə ÖLDÜRÜLDÜ – FOTOLAR

Sevgilisi ilə birlikdə ÖLDÜRÜLDÜ – FOTOLAR Dünya


ABŞ-nin Kaliforniya ştatının Fontana şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, tanınmış fitnes influenceri Qloriya Zamora və onun sevgilisi Hektor Qarduno restoranın dayanacağında Zamoranın keçmiş əri tərəfindən güllələnərək öldürülüb.

Hadisə iyunun 21-də cütlüyün suşi restoranında vaxt keçirdikdən dərhal sonra baş verib. Hücumu həyata keçirən şəxs — Zamoranın keçmiş əri Tomas Alberto Tamayo Lizarraqa hadisə yerində polis tərəfindən güllələnərək öldürülüb.

Qeyd edək ki, Qloriya Zamora bir neçə gün öncə özünün HERizon adlı podkastında keçmiş əri ilə boşanma prosesində olduğunu elan etmişdi.

Zamora 7 uşaq anası və 150.000-dən çox izləyicisi olan motivasiyaverici fitnes kontenti ilə tanınırdı. Qızı Jazlynne Zamora, anasının ögey atası Tomas tərəfindən mənasız şəkildə qətlə yetirildiyini bildirib.

Fontana polisi hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.