Şolts avropalı tərəfdaşlarına çağırış etdi
Dünya
Almaniya kansleri Olaf Şolts avropalı tərəfdaşları silah istehsalını əhəmiyyətli dərəcədə artırmağa çağırıb.
News24.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
"Avropalı tərəfdaşlar öz sifarişlərini birləşdirməli və qarşıdakı bir neçə onillikdə müdafiə sənayesini təmin etməlidirlər. Biz geniş miqyaslı silah istehsalına doğru hərəkət etməliyik", - deyə Şolts bildirib deyib.
Onun sözlərinə görə, buna təcili ehtiyac var: “Çünki biz sülh şəraitində yaşamırıq. Rusiyanın Ukraynada apardığı müharibə Avropa sülhü üçün əsas təhlükədir”.
Mehriban Mirzəzadə