Şoyqu çinli həmkarı ilə danışdı
Dünya
Rusiyanın müdafiə naziri Sergey Şoyqu çinli həmkarı Donq Jun ilə telefon danışığı aparıb.
News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Şoyqu Donqu təyinatı münasibətilə təbrik edib, həmçinin Moskva ilə Pekinin hərbi əməkdaşlığı genişləndirəcəyinə əminliyini bildirib.
"Hərbi sahədə Rusiya-Çin əlaqələri bütün istiqamətlərdə durmadan inkişaf edir. Biz quruda, dənizdə və havada mütəmadi olaraq birgə əməliyyat və döyüş hazırlığı tədbirləri həyata keçiririk",- deyə nazir bildirib.
Mehriban Mirzəzadə