Si Cinpindən qalmaqallı çağırış: - İSLAM "ÇİNLİLƏŞDİRİLSİN"
Dünya
Çin prezidenti Si Cinpin Sincan Uyğur Muxtar Bölgəsinə səfəri zamanı bölgənin yerli hakimiyyət orqanlarından xahiş edib ki, İslam dini "çinliləşdirilsin". Və buna təşviq edilsin.
News24.az xəbər verir ki, bu barədə "Yeniakit" məlumat yayıb.
O, yerli hakim dairələri bu bölgədə qeyri-qanuni dini fəaliyyətlərə effektiv nəzarət etməyə çağırıb.
“Prioritet hər şeydən əvvəl sosial sabitliyi qorumaqvə bu sabitlikdən muxtar regionun inkişafını təmin etmək üçün istifadə etməkdir”, - o deyib.
Terrorçuluq və separatizmlə mübarizənin gücləndirilməsini tələb edən Çin prezidenti qanuna hörmət prinsipi ilə ictimai sabitliyin artırılmasının zəruri olduğunu bildirib.
Ayşən