Simonyanın komandası da parlamenti tərk edir
Dünya
Ruben Rubinyan Ermənistanda parlamentin yeni sədri kimi hələ seçilməsə də, spiker Alen Simonyanın komandası vəzifələrini tərk etməyə hazırlaşır.
News24.az xəbər verir ki, məlumatlara görə, Rubinyan sədr seçildikdən sonra öz komandasını gətirəcək. Bu səbəbdən də
Simonyanın yaxın çevrəsinin könüllü şəkildə ayrılmaq qərarına gəldiyi iddia edilir.
Bildirilir ki, parlament aparatının rəhbəri postunda Alen Simonyanın yaxın dostu David Arakelyanı Ruben Rubinyanın dostu, müşaviri, İrəvan Ağsaqqallar Şurasının üzvü Arman Barxudaryan əvəz edə bilər.
O da qeyd olunub ki, Barxudaryan barəsində vaxtilə mənimsəmə ittihamı ilə cinayət işi açılıb.
Jurnalistlərin bu iddialarla bağlı sualını cavablandıran Barxudaryan əvvəlcə məlumatın mənbəyini öyrənməyə çalışıb, daha sonra isə bu məsələni şərh etməkdən yayınıb. /Hraparak/