Sinəsini estetik əməliyyat etdirən qadınlar həbs olunacaq
Dünya
Şimali Koreya təhlükəsizlik qüvvələri döş böyütmə əməliyyatı keçirmiş qadınlara qarşı sərt kampaniyaya başlayıb.
News24.az-ın məlumatına görə, rejim əməliyyatları "kapitalist korrupsiyası" adlandırıb və əməliyyatdan keçdiyi aşkar edilən qadınların əmək düşərgələrinə göndəriləcəyini açıqlayıb.
Əməliyyat olunan qadınları və onları həyata keçirən həkimləri müəyyən etmək üçün məxfi agentlər və məhəllə komitələri fəaliyyət göstərir. Qadınların fiziki müayinədən keçirildiyi, bədənlərində hər hansı dəyişiklik aşkar edildiyi halda xəstəxanalara göndərildiyi bildirilir.
Aqil Qarayev