"Sülh Şurası" işinə başlayır: Tramp iclasın tarixini açıqladı

"Sülh Şurası" işinə başlayır: Tramp iclasın tarixini açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp fevralın 29-da Vaşinqtonda “Sülh Şurası” iclasına ev sahibliyi edəcək.

News24.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Bildirilir ki, iclasda Tramp üzvlük edən dövlətlərin Qəzzada bərpa və humanitar yardımlar üçün 5 milyard dollardan çox vəsait ayırdıqlarını elan edəcək.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib ki, üzv dövlətlər Qəzzada beynəlxalq sabitləşdirmə qüvvəsi üçün minlərlə personal təmin etməyə söz veriblər.